Rusiya hərbçiləri Amerika qoşunlarının yerləşdiyi Nigerdəki aviabazaya daxil olublar.
"AzPolitika" xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsi "Reuters" agentliyinə bildirib. Qeyd olunur ki, bu addım Niger xuntasının Amerika qoşunlarını ölkədən çıxarmaq qərarından sonra atılıb.
Qərbi Afrika ölkəsini idarə edən Nigeriya hərbi liderləri ABŞ-dən 1000-ə yaxın əsgərini geri çəkməyi tələb edib. ABŞ və müttəfiqləri çevrilişlərdən sonra bir sıra Afrika ölkələrindəki qoşunlarını çıxarmağa məcbur olublar. Onları Qərb hökumətlərindən uzaqlaşmağı vacib sayan hərbi-siyasi qruplar əvəzləyib.
Son günlərdə Amerika qoşunları Çadı tərk edib, fransız əsgərləri Mali və Burkina Fasodan çıxarılıb. Eyni zamanda, Rusiya Afrika ölkələri ilə əlaqələri gücləndirməyə çalışır. Moskva özünü dost ölkə kimi təqdim edir.
Məsələn, Mali son illərdə Rusiyanın ən yaxın Afrika müttəfiqlərindən birinə çevrilib. Rusiya muzdlu qüvvələrdən "Vaqner" qrupunu qiyamçı-cihadçılara qarşı mübarizə aparmaq üçün orada yerləşdirilib.
"AzPolitika.info"


Şərhlər