Məlum olduğu kimi, bütün çağırışlara, xahişlərə rəğmən Almaniya kansleri Olaf Şolts Ukraynaya “Taurus” raketlərinin verilməyəcəyini dəfələrlə bəyan edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Şolts Almaniyanın Lüneburq şəhərinin sakinləri ilə görüşündə də bu mövqeyini təkrarlayıb. Lakin Almaniya kanslerinin öz fikrini əsaslandırarkən sələndirdiyi ifadələr, xüsusilə də onun davranışı və qeyri-adekvat, istehzalı gülüşü Qərbdə, o cümlədən də Ukraynada ciddi narazılığa səbəb olub. Almaniyanın özündə də kansler buna görə tənqidlərə tuş gəlib.
Görüşdə Şoltsdan soruşublar ki, Berlin niyə Kiyevə alman “Taurus” uzaqmənzilli raketlərini vermir. O isə istehza ilə cavab verib ki, hamıya, hər silahı verə bilməz: “Əlbəttə, dostuma güvənirəm. Amma mən hamıya bütün silahları verməyə başlamazdım”.
Almaniya müxalifəti bu sualı cavablandırdıqdan sonra kanslerin gülüşünün qıcıq doğurduğunu bildirib.
Ölkənin ən böyük müxalifət partiyası olan Xristian Demokrat İttifaqının baş katibi Carsten Linnemann Şoltsun hərəkətini biabırçı və utancverici adlandırıb: “Kanslerin Ukraynanın hesabına hırıldaması və gülməsi tamamilə biabırçılıqdır. Kanslerin hırıldaması Ukraynada yaşamaq uğrunda, eləcə də bizim azadlığımız uğrunda mübarizə aparan insanları təhqir edir”.
Onun fikrincə, Şolts bununla da özünün Ukraynaya dəstək mesajlarının ciddiliyini sual altına alır.
Almaniyalı yazıçı və psixoloq Torsten Havener isə əmindir ki, Şoltsun şit zarafatı onun inamsızlığını və stres altında olduğunu göstərir: "Şolts başqalarını ələ salmaq üçün deyil, stress və özünə inamsızlıq içində olduğu üçün gülür. Gülüş belə bir vəziyyətdə gərginliyi azaltmağa və ya aradan qaldırmağa imkan verən qoruyucu maskadır".
Xatırladaq ki, ki, ABŞ Kiyevə “ATACMS” raketlərini ötürdükdən sonra Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Şoltsu “Taurus”ların tədarükündən imtina qərarına yenidən baxmağa çağırıb. Lakin kansler növbəti dəfə bundan imtina etdiyini bildirib. Buna baxmayaraq, bir çox KİV-lərin məlumatına görə, Birləşmiş Ştatlar Ukrayna üçün “ATACMS” verilməsi qərarının Almaniyanı “Taurus” qanadlı raketləri ilə bağlı oxşar addıma sövq edəcəyinə ümid edir.
Şoltsun hırıldamağına gəlincə, Qərb liderlərinin qeyri-səmimiliyinin, qorxaqlığının, iküzlüyünün, riyakarlığının Ukraynada müharibənin uzanmasının əsas səbəblərdən biri olduğu zatən bəlli idi. Bu cür davranışlar və açıqlamalar isə həmin həqiqəti bir dəfə təsdiqləmiş olur.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Almaniya kimi bir zamanlar dünyanı lərzəyə salmış bir ölkəyə Vəzirov tipli bir bambılının böyüklük etməyi alman xalqına həqarətdir.Əlbət bu da Vəzirov kimi ana dili kurslarına gedir.Camaata da deyir ki,mən daha alman dilini öyrənmişəm,amma hələ də bilmirəm ki "bambılı" nə deməkdir.Bir qadın heykəlini görəndə də deyib ki "Bu qadınlardan çox qayırmaq lazımdı.Bunu kim qayırıb?" Deyiblər filankəs.Deyib nə yaxşı heykəltəraşdı.Deyiblər heykəltəraş deyil əşi,halalca əridi.Deyib “Aaaa!Heykəltəraş olmadığı halda qayırıb bunu?Qadında ürəyə bax ee,düşünməyib ki birdən pis alınar?” Deyiblər pis alınsa da,yaxşı alınsa da,əridi də,qayırmaq alnına yazılıb. Deyib “Yoox. Elə deyil.Şəxsən məni qayırmaq istəsə,görsəm ki heykəltəraş deyil,deyərəm lazım deyil,qayırma məni”.