Menu

Ramzan Kadırov: “Qroznıda keçirilən xüsusi əməliyyat başa çatıb”

04.12.2014, 15:56
Ramzan Kadırov: “Qroznıda keçirilən xüsusi əməliyyat başa çatıb”

Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda silahlıların zərərsizləşdirilməsi ilə bağlı keçirilən xüsusi əməliyyatın başa çatdığını bəyan edib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, R. Kadırov əməliyyat zamanı 9 silahlı şəxsin öldürüldüyünü bildirib.

“Qroznıda tətbiq olunan əks-terror əməliyyatı rejimini artıq ləğv etmək olar”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Qroznıda keçirilən xüsusi əməliyyat zamanı 10 polis əməkdaşı həlak olub, 20 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol