Menu

“Hələlik 17 namizədimiz var” – “Parlament seçkilərinə ciddi hazırlaşırıq”

08.05.2024, 09:25
“Hələlik 17 namizədimiz var” – “Parlament seçkilərinə ciddi hazırlaşırıq”

“ReAL Partiyası hələ ötən ilin dekbar ayında özünün seçki qərargahını yaradıb və ona tanınmış hüquqşünas, vəkil Rəsul Cəfərov rəhbərlik edir”.

Bunu “AzPolitika”-ya açıqlamasında ReAL partiyasının icra katibi Natiq Cəfərli bildirirb.

“Bu günə qədər həm namizədlərin müəyyənləşməsi, həm də müşahidəçilik institutunun formalaşdırılması ilə bağlı bir çox işlər görülüb, treyniqlər, görüşlər keçirilib”, - o, əlavə edib.

Namizədlərə gəldikdə, N.Cəfərli bildirib ki, ilkin mərhələdə 17 namizədlərinin olacağını ictimaiyyətə açıqlayıblar.

“Amma proses davam edir, seçkinin də vaxtı bilinmir. O vaxta qədər namizədlərin yeni sayının elan olunması mümkündür. Hər bir halda çalışacağıq ki, tək Bakıdan yox, müxtəlif regionlardan da namizədlərimiz olsun” – deyə, partiya funksioneri qeyd edib.

N.Cəfərli vurğulayıb ki, ReAL Partiyası parlament seçkilərinə ən ciddi hazırlaşan partiyalardan biridir.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol