Müsavat Partiyası Məslisinin sabiq sədri Arzu Səmədbəyli yenidən Məclis sədri kimi namizədliyini irəli sürməyəcək.
Partiyadan APA-ya verilən məlumata görə, bu barədə A. Səmədbəyliyə Müsavat Partiyası rəhbərliyi tərəfindən təklif gəlsə də, o, bundan imtina edib. Sayt məsələni A. Səmədbəylinin özü ilə dəqiqləşdirməyə çalışsa da, onunla əlaqə saxlamaq mümkün olmayıb.
Müsavat başqanının müavini Gülağa Aslanlı isə deyib ki, Məclis sədri hər hansı təkliflə deyil, Məclis üzvləri tərəfindən seçilir. O, qeyd edib ki, A. Səmədbəylinin Məclis sədrliyinə yenidən namizədliyini irəli sürməsi barədə təkliflə tanış deyil.
Qeyd edək ki, A. Səmədbəyli hazırda Məclisin üzvüdür. Lakin partiyanın sonuncu qurultayından sonra siyasi proseslərdə aktiv iştirak etmir.


Şərhlər