Menu

“Baltikdəki istənilən rus gəmisi batırıla bilər” - NATO-nin keçmiş baş komandanı

09.05.2024, 12:40
“Baltikdəki istənilən rus gəmisi batırıla bilər” -  NATO-nin keçmiş baş komandanı

NATO-nun keçmiş baş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis Rusiya hərbi komandanlığının Alyansın Baltik dənizində istənilən təlimlərinə qarşı çıxacağı barədə xəbərdarlıq edib. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, sabiq NATO komandanının fikrincə, “gələn ay onlar (ruslar - red.) qısamüddətli kiber və elektron müharibəyə keçə bilərlər”.

Stavridis “Bloomberg”-ə verdiyi müsahibədə vurğulayıb ki, Finlandiya və İsveç bloka qoşulduqdan sonra bəzi analitiklər Baltik dənizini “NATO gölü” adlandırmağa başlayıblar: "Xəritəyə nəzər saldıqda bunun əsasən doğru olduğunu görərik - sahil zolağında Rusiya ərazisinin bir neçə kiçik hissələri var. Sahillərin qalan hissəsi NATO-nun əlindədir: İsveç, Finlandiya, Estoniya, Latviya , Litva, Polşa, Almaniya və Danimarka... Bu gün Moskva ilə NATO arasında münaqişə yaranarsa, oradakı istənilən Rusiya hərbi gəmisi tez və asanlıqla bloklana və ya məhv edilərdi”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol