Menu

Rusiya sərhədçiləri Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədində qalacaq - Erməni tərəfinin xahişi ilə

09.05.2024, 14:33
Rusiya sərhədçiləri Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədində qalacaq - Erməni tərəfinin xahişi ilə

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd ərazilərindən çıxarılmasını təsdiqləyib.

APA-nın xəbərinə görə, Rusiya prezidentinin mətbuat katibi bildirib ki, bu məsələ dünən Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə razılaşdırılıb.

“Erməni tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar” – Peskov qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol