Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.

“Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir. Görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.

***

Bu gün Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş keçiriləcək.

“AzPolitika” xəbər verir ki, Ceyhun Bayramov artıq Qazaxıstana gedib. Nazirlərin gündəliyində “Sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş” layihəsi olacaq.

Aprelin 15-də İrəvanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin danışıqlar üçün öz platformasını təqdim etməyə hazır olduğunu bildirib və əsas məqsədin iki dost ölkəni daha da yaxınlaşdırmaq olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan razılıq verərsə, xarici işlər nazirlərinin növbəti görüşünün Qazaxıstanda keçirilməsi nəzərdə tutulur. Əliyev vurğulayıb ki, söhbət vasitəçilikdən deyil, sadəcə olaraq danışıqlar üçün platformanın təmin edilməsindən gedir. 

"İrəvan və Bakı təkbaşına ünsiyyət quranda və heç kim vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etmək istəmədikdə, onlar gec-tez razılığa gələ bilirlər", - Azərbaycan Prezidenti Ermənistan və Azərbaycan sərhədində aparılan delmitasiya işlərinə toxunaraq deyib.

Beləliklə, Ceyhun Bayramov və Ararat Mirzoyan iki ay əvvəl Almaniyada təxminən yarım illik fasilədən sonra sülh danışıqlarını bərpa ediblər.

“AzPolitika.info”

***

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.

“Report”un xəbərinə görə, görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq.

Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq.