Menu

Rubl düşür, azərbaycanlılar təşvişdə - Video

04.12.2014, 18:14
Rubl düşür, azərbaycanlılar təşvişdə - Video

Rublun dəyərini itirməsi Rusiyada işləyən həmvətənlərimizi çətin duruma salıb

ANS TV-nin məlumatına görə, bir yandan Qərbin sanksiyaları digər tərfdən neftin qiymətinin ucuzlaşması rus rublunu çox çətin vəziyyətə salıb. Bir həftə öncə bir dollar 44 rubl idisə indi bu rəqəm 54 rubldan çoxdur. Artıq Rusiya Dumasında ABŞ dollarından istifadəyə qadağa qoyulması məsələsi müzakirə olunmağa başlayıb. Bəzi millət vəkilləri dollardan imtina edilməsini, xarici ticarətin dövlət monopoliyasına verilməsini və əldə edilən bütün gəlirlərin isə milli sənayeyə xərclənməsini təklif edirlər. Rus rublunun dəyərini itirməsi sadəcə siyasətçiləri və sadə vətandaşları deyil, həm də bu ölkəyə çalışmaq üçün gedən həmvətənlərimizi ciddi narahat edir.

Rusiyada işləyən azərbaycanlı Məhəbbət Əbdürrəhimov deyir ki, əlbətdəki rus rublunun dəyərdən düşməsi onlara çox ziyan vurur.

Rusiya Mərkəzi Bankı da rublun bu qədər dəyər itirməsinin ölkədə maliyyə sabitliyini pozduğunu və lazım gələrsə bu duruma müdaxilə ediləcəyini açıqlayıb.

Ekspertlərin proqnozuna görə, isə neftin qiymətinin 60 dollara düşməsi halında dolların kursu 55 rubl olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol