Menu

Ermənistan parlamenti “Yeni SSRİ”yə qoşulmaq barədə sazişi təsdiqlədi

04.12.2014, 18:28
Ermənistan parlamenti “Yeni SSRİ”yə qoşulmaq barədə sazişi təsdiqlədi

Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi Birliyinə qoşulması ilə bağlı müqaviləni ratifikasiya edib.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, 103 deputat lehinə, 7 deputat əleyhinə səs verib, 1 nəfər isə bitərəf qalıb. Beləliklə, Ermənistan 1 yanvar 2015-ci ildən etibarən Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvü sayılacaq.

Xatırladaq ki, müqavilə Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən oktyabrın 10-da Minskdə imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol