Menu

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var

12.05.2024, 10:18
İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var

İsrailin cənubundakı Aşkelon şəhərinə raket hücumu nəticəsində 3 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Times of Israel" nəşri şəhərdə fəaliyyət göstərən "Barzilay" Tibb Mərkəzinə istinadən xəbər yayıb.

Qeyd edilir ki, Qəzzadan atılan raket şəhərdəki evə düşüb. Xəsarət alan 3 nəfər tibb mərkəzinə çatdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol