Menu

"Rusiyaya qarşı ikili standartlar tətbiq etməməlisiniz" - Xodorkovski

04.12.2014, 20:07
"Rusiyaya qarşı ikili standartlar tətbiq etməməlisiniz" - Xodorkovski

Rusiyalı iş adamı Mixail Xodorkovski dekabrın 2-də Avropa Parlamentinin xarici işlər komitəsi qarşısında çıxış edib. O deyib ki, Rusiyanın "neo-totalitar rejimi sağlam düşüncəli və Avropa yönümlü müxalifətini" hakimiyyətə gəlməyə qoymur.

O, Avropa İttifaqının bu siyasi səhnədən kənarda qalmış bu müxalifətə dəstək olmağa və Rusiyanın Putinə bərabər olmamasını başa düşməyə çağırıb.

Avropa İttifaqının Rusiyaya yanaşması "ağıllı, dürüst və fərqləndirici" olmasının zərurətini qeyd edən Xodorkovski həmçinin bildirib ki, "Avropa İttifaqı Rusiyaya daha gerçəkçi baxmalı və hər şeyi ağ-qara görməli deyil. Rusiya dövlət idarəçiliyində sağlam düşüncəli, rasional insanlar çoxdur və onlar hal hazırda korrupsiyaya uğramış cinayətkar azlığın iradəsinə tabe olmaq məcburiyyətindədirlər."

"Siz Rusiyaya digərlərinə bağışlamadığınız çox şeyi bağışlamaqla ikili standartlar tətbiq etməməlisiniz", - deyə, Xodorkovski bildirib və sanksiyaları siravi vətəndaşlara və ümumən Rusiya iqtisadiyyatına zərər vurmayacaq şəkildə tətbiq etməyə çağırıb.

Müzakirə zamanı, avroparlamentarilər Xodorkovskidən Rusiyanın növbəti prezidenti olmaq iddiasını nəzərə alaraq, ictimai şəkildə Krımın Ukraynaya qaytarılmalı olmadığı haqda bəyanatını izah etməyi tələb ediblər. Bunun cavabında Xodorkovski bildirib ki, "Krımın Rusiya tərəfindən anneksasiya edilməsinin qeyri-qanuni olduğuna şübhə yoxdur. Lakin eyni zamanda bu Rusiya vətəndaşlarının əksəriyyətinin istəyi idi. Biz beynəlxalq hüquqa hörmətlə Rusiya əhalisinin iradəsi arasında balansa riayət etməliyik." /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol