Menu

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL - Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi

13.05.2024, 20:42
Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL - Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə çəkişməsi davam edir.

“Qaynarinfo”nun məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi Abel Məhərrəmovu ona məxsus torpaq sahəsinin ələ keçirməkdə ittiham edən ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun apellyasiya şikayətinə baxılıb.

Prosesdə sənədlər araşdırılıb, eyni zamanda qərara alınıb ki, növbəti iclasa Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi də dəvət edilsin.

Nazim Əmirov Abel Məhərrəmovla yanaşı onun xanımı Rəhimə Mahmudovanı da məhkəməyə verib. Buna səbəb torpaq sahəsinin Rəhimə Mahmudovanın adına rəsmiləşdirilməsidir.

Qalmaqala gəlincə, Nazim Əmirov 2011-ci ildə Xızının Altıağac qəsəbəsində iki hektar torpaq sahəsi alıb. 2012-ci ildə isə torpaq sahəsinin müəyyən hissəsi Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Abel Məhərrəmovun həmin ərazidə dəbdəbəli villasının olduğu bildirilir.

Nazim Əmirov torpaq sahəsinin zəbt edilməsindən xəbər tutduqda qarşı tərəfə ərazinin ona məxsus olduğunu bildirib, sənədləri təqdim edib. Eyni zamanda müvafiq qurumlarda dəqiqləşdirmə aparıb. Məlum olub ki, Nazim Əmirov haqlıdır.

Bundan sonra polkovnik-leytenant məhkəməyə müraciət edib. İşə Xızı Rayon Məhkəməsində baxılıb. Lakin məhkəmə iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib.

Məlumatlarda o da qeyd edilib ki, polkovnik-leytenant hüquqi müstəvidə mübarizəsinin davam etdirməkdə israrlıdır. 

Şərhlər

Rəhim 2024-05-14 10:56:56

Mən Nazim Əmirovu və onun ata-anasını, qardaş-bacılarını çox yaxşı tanıyıram, bir həyətdə böyümüşük, evlərində də olmuşam. Çox halal bir ailədə boya-başa çatıb. İnanın səmimiyyətimə, onlar, yəni ailənin istənilən bir üzvü yeriyəndə belə ayaqlarının altında qarışqanı tapdamazlar. Çox zəhmətkeş, Vətənpərvər bir insandır, hərbiçidir. Abel Məhərrəmovun isə reputasiyası butun Respublikaya məlumdur. Onun İspaniyadakı şərab məsələsi, tələbə qıza qarşı, "səni universitetdən qovaram" deyərək hədələməsi və ümumiyyətlə, məncə əməli-saleh insan olmaması necə deyərlər bütün Millətə məlumdur...

kohne 2024-05-13 21:56:56

BAZAR MEHKEMESI

Cavad 2024-05-13 21:48:26

Abel in Xızıda nə işi var:...Bəs Xızıda villa hansı pulla tikilib?Niyə məhkəmə bunu araşdırmayıb?

Watchman 2024-05-13 21:24:26

Nə mübarizə? Istəyirsən videomateriallar təqdim et, xeyri yoxdur. ... nə tapşırıq vetilirsə, o da olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol