Menu

Etibar Məmmədov deputatlığa namizəd olacaq? – AMİP-dən seçki açıqlaması

14.05.2024, 20:38
Etibar Məmmədov deputatlığa namizəd olacaq? – AMİP-dən seçki açıqlaması

“Parlament seçkilərinin zamanında, yaxud növbədənkənar keçirilməsindən asılı olmayaraq, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu seçkilərdə iştirak edəcək. Artıq bir neçə aydır ki, hazırlıq kampaniyasına start verilib”.

Bunu “AzPolitika”-nın sorğusuna cavab olaraq partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev bildirib.

Onun sözlərinə görə, ilkin namizədlərin müəyyənləşdirilməsi prosesi həm rayon təşkilatları vasitəsilə, həm də mərkəzi aparata birbaşa müraciətlər əsasında həyata keçirilir: “Artıq bəlli namizədlər var. İstəyirik ki, daha çox və şansları yüksək olan namizədlərlə seçkiyə qatılaq. Hazırkı vəziyyətdə hələlik neçə namizədlə seçkilərə qatılacağımızı deyə bilmərəm. Amma maksimum şəkildə çalışacağıq ki, seçkilərə öz dairələrində nüfuzu olan, ən əsası, namizəd olmaq istəyən üzv və ya tərəfdarlarımızla seçkiyə gedək. Əks halda, bu həm partiyanın gücünün parçalanmasına gətirib çıxarar, həm də artıq maliyyə israfına səbəb olar. Partiya özünün maliyyə və texniki imkanlarını, insan resurslarını rəqabətə davamlı namizədləri müəyyənləşdirib, onlara sərf etməyi planlaşdırır”.

AMİP-in fəxri lideri Etibar Məmmədovun seçkilərə qatılıb – qatılmayacağına gəlincə, E.Mustafayev deyib ki, bu barədə ancaq onun özü açıqlama verə bilər.

“AzPolitika.info”

Şərhlər

Roma 2024-05-15 09:32:40

Mənim fikrimcə bu adam küləyin istiqamətini göstərən qurğu kimi (flüqer) istənilən tərəfə istiqamətlənə bilər. Belə ki, 1993-cü il Gəncə hadisələri buna sübutdur. Tahir Əliyev, Şadman Hüseynov və s. bu kimiləri başına toplayıb, Milli Məclisdə Dövlətçiliyə qəsd edənləri müdafiə edərək, düşmüşdülər Dövlətin üstünə, Prezidenti, Baş naziri, Spikeri günahlandırırdılar...

İsmayıl 2024-05-14 22:24:43

Bu adamda xortladı...

Vətəndaş 2024-05-14 16:25:37

Olsun. Layiqdir. Lazımdır. Fikirləri və təcrübəsi vacibdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol