Menu

EBRD Ermənistana 12 milyon avro ayırıb

14.05.2024, 19:44
EBRD Ermənistana 12 milyon avro ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Zəngəzurda gömrük mərkəzinin yaradılması üçün Ermənistana 12 milyon avro kredit verəcək.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti ilə EBRD arasında müvafiq saziş imzalanıb.

Yeni mərkəz digər dövlət müfəttişliklərinin nümayəndələrini “bir pəncərə” prinsipi üzrə bir araya gətirəcək.

Sənədi EBRD-nin İrəvanda keçirilən illik iclası zamanı Ermənistanın maliyyə naziri Vahe Ovannisyan və bank nümayəndələri imzalayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol