Menu

Pakistanda baş verən partlayışda 5 nəfər ölüb

14.05.2024, 20:52
Pakistanda baş verən partlayışda 5 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb.

Məlumata görə, Əfqanıstanla həmsərhəd olan Hayber Pahtunhva əyalətinin şimal-qərbindəki Cənubi Vəziristan dairəsində yerləşən Tanqi Badinzay rayonunda yaşayış binasına əldəqayırma partlayıcı qurğu yerləşdirilib və partlayıcı məsafədən idarə olunan qurğu ilə işə salınıb.

Son məlumatlara görə, partlayış nəticəsində azı 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlər arasında iki qadın və bir uşaq da var.

Hadisə yerində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol