Menu

Rusiya sülhməramlılarının Xocalıdakı hərbi bazası bağlandı - VİDEO+FOTOLAR (Yenilənib)

15.05.2024, 19:37
Rusiya sülhməramlılarının Xocalıdakı hərbi bazası bağlandı - VİDEO+FOTOLAR (Yenilənib)

Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ iqtisadi regionunun ərazisindən çıxarılması ilə əlaqədar Xocalıda keçirilən mərasim başa çatıb.

Sözügedən tədbirdən  görüntülər yayılıb.

Həmin görüntüləri təqdim edirik:

***

Xocalıda Rusiya Sülhməramlı Kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş mərasim keçirilir.

APA xəbər verir ki, tədbirdə Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yüksək rütbəli hərbçiləri iştirak edir.

***

Bu gün Xocalıda Rusiya Sülhməramlı Kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçiriləcək.

APA xəbər verir ki, tədbirdə hər iki tərəfdən yüksək rütbəli hərbçilərin iştirakı gözlənilir.

Beləliklə, Rusiya Qarabağı tamamilə və dönməz şəkildə tərk edir və bu, əlamətdar hadisədir. Eyni zamanda vaxtilə “Ruslar Qarabağı tərk etməyəcəklər” deyənlərə cavabdır.

Şərhlər

Reallıq 2024-05-16 17:44:52

Azərbaycan xaıqı niyə bu qədər sadəlövhdür? Nə qədər ki, Hakimiyyət 5-ci kolonu təmsil edir,rus qoşunları heç vaxt Azərbaycandan getmə.Onlar yalnız dislokasiya i,yəni yerdəyişçə ilə sadə insanları aldada bilərlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol