Menu

"Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər" - Agentlik rəhbəri

15.05.2024, 13:06
"Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər" - Agentlik rəhbəri

Bu gün Azərbaycanda məktəblərində rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatı var.

Bu barədə "Report"un sualını cavablandıran Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün ölkə üzrə təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var:

"Müraciət edənlərin sayı isə 10 minə çatıb. Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, ehtiyac, eləcə də müvafiq müəllim sayı uyğun olarsa rus bölməsi üzrə sinif sayı artırıla bilər".

Şərhlər

dadaşyev 2024-05-15 22:04:59

Çox gözəl olar.Demək camaat saz çalmaqdan yorulub,bezib artıq.Nə qədər yeyib içmək olar hoyhahoy,hayhahay ,huhahaha,hahuhuha,ay dədəm qurban,ay nənəm karbon deyə-deyə.

Adif 2024-05-15 17:12:44

Beli artirilsin.intelektual seviyyesi olan milletlernen oturub durmaq lazimdir.

Fuad 2024-05-15 14:21:40

Bunu 5-ci kolon istəyir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol