Menu

Fransa Ukraynaya “Aster” raketləri göndərərcək – Nazirdən açıqlama

15.05.2024, 16:59
Fransa Ukraynaya “Aster” raketləri göndərərcək – Nazirdən açıqlama

Fransa Ukraynaya SAMP-T hava hücumundan müdafiə sistemi üçün “Aster” raketlərinin yeni partiyasını göndərəcək.

“AzPolitika” “Le Monde” qəzetinə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sebastiyan Lecornu bildirib.

“Aster” raketlərinin ikinci partiyası ilə bağlı sənədləri imzaladım və bu, əməliyyatın davam etdirilməsinə imkan verəcək. Söhbət italiyalı tərəfdaşlarımızla birlikdə təhvil verdiyimiz SAMP-T orta mənzilli hava hücumundan müdafiə sistemindən gedir”, - nazir qeyd edib. Sebastiyan Lecornu vurğulayıb ki, bu, Ukraynaya atılan Rusiya raketlərinin qarşısını alamağa imkan verəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol