Menu

Qəzzada onlarla İsrail hərbçisi həlak olub

16.05.2024, 10:59
Qəzzada onlarla İsrail hərbçisi həlak olub

Ötən gün İsrail Müdafiə Qüvvələri Qəzzada xeyli sayda hərbçisini itirib.

"AzPolitika" xəbər verir ki, bu barədə İsrail KiV-ləri məlumat yayıb.

Məlumata görə, hadisə Fələstin müqavimət qruplarının Qəzzada bomba yerləşdirdiyi binalardan birində baş verib.

Belə ki, İsrail hərbçiləri binaya daxil olan zaman partlayış baş verib və bina uçub. Onlarla İsrail hərbçisinin binanın altında qalaraq həlak olduğu bildirilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol