Slovakiyanın Baş naziri Robert Fitsonu güllələyən 71 yaşlı yazıçı Yuray Sintula daha əvvəllər rusiyayönlü hərbi qruplaşma olan “Slovenski Brançi” ilə əlaqəli olub.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu polşalı araşdırmaçı jurnalist Sabolaç Panyi əldə etdiyi materiallar əsasında bildirib. Jurnalist Twitter-də (X) Sintulanın “Slovenskí Branci”-nin üzvlərilə birgə çəkdirdiyi şəkli paylaşıb.
Məlumatda qeyd olunur ki, “Slovenskí Branci” 2012-ci ildən Slovakiyada fəaliyyət göstərən, lakin qeydiyyatdan keçməmiş hərbiləşdirilmiş qrupdur. Jurnalistlər bu təşkilatın Rusiyaya aid “Gecə canavarları” təşkilatının Slovakiya bölməsi ilə əməkdaşlıq etdiyini və onun üzvlərinə keçmiş Rusiya xüsusi təyinatlıları tərəfindən təlim keçildiyini yazıb.
“AzPolitika.info”
Wow. Looks like Slovak PM Robert Fico's reported assailant, writer Juraj Cintula, was associated with pro-Russian paramilitary group Slovenskí Branci (SB). Their leader was even trained by Russian ex-Spetsnaz soldiers. Read more on @VSquare_Project https://t.co/2IzSHwq54d pic.twitter.com/M9fgp186R3


Şərhlər