Menu

Bakıda axtarışda olan qadın saxlanılıb

16.05.2024, 18:39
Bakıda axtarışda olan qadın saxlanılıb

Bakıda axtarışda olan qadın saxlanılıb.

Bu barədə  Ədliyyə Nazirliyi Penitensiar xidmətdən bildirilib.

Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş, hazırda axtarışda olan şəxs Əhmədova İlhamə Miraslan qızı saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol