Menu

İŞİD daha bir şəhəri qana buladı

05.12.2014, 09:10
İŞİD daha bir şəhəri qana buladı

Kərkükdə partlayış: 21 ölü, 40-dan çox yaralı

İraqın Kərkük şəhərində çox sayda insan ölümü ilə nəticələnən partlayış baş verib.

ANS PRESS-in məlumatına görə, İraqın Kərkük şəhərinin Şoricə məhəlləsində İŞİD terror qruplaşması tərəfindən güclü partlayış törədilib.

Sıxlığın çox olduğu yerdə partlayışın baş verməsi nəticəsində, 21 nəfər dünyasını dəyişib, 40-dan çox isə yaralı var.

Partlayışı üzərinə bomba quraşdırılmış İŞİD-çinin çayevlərindən birinə girib həyata keçirdiyi bildirilir.

Vəziyyəti ağır olan yaralılar Ərbil və Süleymaniyyədəki xəstəxanalara aparılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol