ABŞ-də prezident seçkisi yaxınlaşdıqca, namizədlərin bir-birinə qarşı işlətdikləri ritorika daha kəskin xarakter alır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar partiyasının hazırkı prezidentliyə namizədi Donald Tramp “Amerikanı axmaqların idarə etdiyini” deyib.
O, Minnesota ştatında Respublikaçıların tədbirində çıxışı zamanı deyib: “Bu ölkəni bu cür axmaqlar idarə edir. Qarşıdakı beş ayda özümüzü üçüncü dünya müharibəsində görə bilərik, çünki bizdə səriştəsiz adamlar var. O (Co Bayden), səriştəsiz insandır”.
Tramp həmçinin ənənəvi olaraq Baydeni “ABŞ tarixində ən pis prezident” adlandırıb.
“AzPolitika.info”


Şərhlər