Menu

Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub - FOTOLAR

18.05.2024, 12:51
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub - FOTOLAR

Qeyri-sabit hava şəraiti Qaxda təsərrüfatlara ciddi ziyan vurub.

"Report"un Şimal-qərb bölgəsinin məlumatına görə, dolu yağıb, yağış suları həyətlərə dolub.

Məlumata görə, bu gün səhər saatlarında güclü yagış və dolu rayonun Tasmalı, Marsan, Turaclı və Əlibəyli kəndlərində evlərə və təssərüfatlara ziyan vurub.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol