Menu

"Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır" - Peter Siyarto

18.05.2024, 17:00
"Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır" - Peter Siyarto

Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır.

APA “Alpha News”a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

O, həmçinin, Avropa Şurasında təmsil olunan bəzi dövlətlərin nümayəndə heyəti üzvlərinin hər hansı dövlətə qarşı ittihamlar səsləndirməsini yolverilməz adlandırıb.

P. Siyarto bildirib ki, bir sıra avroparlamentarilər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, digər ölkələrə qarşı ikili yanaşma sərgiləyir:

“Əksər hallarda onlar bu və ya digər dövlət haqqındakı neqativ fikirlərini həmin dövlətin təmsilçilərinin yanında söyləməkdən çəkinir. Əlbətə ki, bunun üçün cəsarət lazımdır. Bir sıra şəxslər Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasının işində iştirak etməməsindən yararlanmaq istəyir. Avropa Şurası tənqid platforması deyil” – sitatın sonu.

Qeyd edək ki, Peter Siyarto Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının işində iştirakının bərpası məsələsini qurumun Nazirlər Komitəsinin iclasında qaldırıb.

Şərhlər

Moshu 2024-05-19 05:32:00

Yeri gələndə qarşı tərəfə dişimizin olmasını göstərmək lazımdır, necə deyərlər neynəməyənin qabağına neynəməyəndə elə bilir ki, nəyinsə yoxdur. Bunu da nümayəndə heyətimiz etdi, düzgün də etdi. AŞPA-ya bu bir dərs olmalı idi. Bu işin bir tərəfi. AŞPA yeri gələndə sözümüzü, iradımızı, narazılığımızı, uradımı bu qurumun platformasınan ifadə etməliyik, bütün dünyaya bəyan etməliyik. Bu platformanı ölkəmizin xeyri naminə istifadə etməliyik. Elxan Süleymanov kimi bir deputatın yarıtmaz “fəaliyyəti” nəticəsində Parlament deyil, Azərbaycan dövləti qınaq obyekti olur, illər boyu bu barədə danışacaqlar, baş qaxıncımız olacaq. İllərdir ki, “kürü diplomatiyası” başımıza qaxınc olub. Əlbəttə, AŞPA-ya qayıtmağımız lazımdır. İlan vuran ala çatıdan qorxar. Deputat korpusumuzun bu addımı AŞPA-ya dərs olar.

Moshu 2024-05-19 00:35:39

Yeri gələndə qarşı tərəfə dişimizin olmasını göstərmək lazımdır. Bunu da nümayəndə heyətimiz etdi, düzgün də etdi. AŞPA-ya bu bir dərs olmalı idi. Bu işin bir tərəfi. AŞPA yeri gələndə sözümüzü, iradımızı, narazılığımızı, uradımı bu qurumun platformasınan ifadə etməliyik, bütün dünyaya bəyan etməliyik. Bu platformanı ölkəmizin xeyri naminə istifadə etməliyik. Elxan Süleymanov kimi bir deputatın yarıtmaz “fəaliyyəti” nəticəsində Parlament deyil, Azərbaycan dövləti qınaq obyekti olur, illər boyu bu barədə danışacaqlar, baş qaxıncımız olacaq. İllərdir ki, “kürü diplomatiyası” başımıza qaxınc olub. Əlbəttə, AŞPA-ya qayıtmağımız lazımdır. İlan vuran ala çatıdan qorxar. Deputat korpusumuzun bu addımı AŞPA-ya dərs olar.

Moshu 2024-05-18 22:04:53

Yeri gələndə qarşı tərəfə dişimizin olmasını göstərmək lazımdır. Bunu da nümayəndə heyətimiz etdi, düzgün də etdi. AŞPA-ya bu bir dərs olmalı idi. Bu işin bir tərəfi. AŞPA yeri gələndə sözümüzü, iradımızı, narazılığımızı, uradımı bu qurumun platformasınan ifadə etməliyik, bütün dünyaya bəyan etməliyik. Bu platformanı ölkəmizin xeyri naminə istifadə etməliyik. Elxan Süleymanov kimi bir deputatın yarıtmaz “fəaliyyəti” nəticəsində Parlament deyil, Azərbaycan dövləti qınaq obyekti olur, illər boyu bu barədə danışacaqlar, baş qaxıncımız olacaq. İllərdir ki, “ikra diplomatiyası” başımıza qaxınc olub. Əlbəttə, AŞPA-ya qayıtmağımız lazımdır. İlan vuran ala çatıdan qorxar. Deputat korpusumuzun bu addımı AŞPA-ya dərs olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol