2023‐cü il ərzində rayon (şəhər) prokurorluqlarında 620 özünü öldürmə hadisəsi qeydə alınıb.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Qeyd edilib ki, onlardan 460‐ı kişi, 160‐ı qadın olub. O cümlədən qeyd olunan şəxslərdən 38‐i yetkinlik yaşına çatmayan şəxslər olub.
Əvvəlki illərlə müqayisədə özünü öldürmə hadisələrinin sayı artıb.


Şərhlər
Bəs hakimiyyət bu ölkədə baş verən faciəvi hadisələrin səbəblərini araşdlrıb.bir ciddi qərar ,sərəncam veribmi?Axı say dəhşətlidir.Azərbaycan qədər əhakisi olan ölkələrin hansında bu qədər intihar hadisələri var?