Menu

“Xarkovdakı döyüşlər həlledici olmayacaq” - ABŞ generalı

20.05.2024, 17:58
“Xarkovdakı döyüşlər həlledici olmayacaq” - ABŞ generalı

Məlum olduğu kimi, Rusiyanın mayın10-da Xarkov vilayətində başlatdığı hücum əməliyyatı artıq səngiyib və hər hansı iri miqyaslı nəticələrdən danışmağa dəymir. 

“AzPolitika” xəbər verir ki, ABŞ-nin Avropadakı qoşunlarının sabiq komandanı, tanınmış general-leytenant Ben Hodces Xarkov hücumunun həlledici olmadığını deyib: “Xarkov vilayətində uğrunda döyüşlər həlledici olmayacaq. Əgər belə olsaydı, bu döyüş müharibəni bitirərdi. Mən həm də Rusiyanın Ukraynanı həlledici nokauta salacağına inanmıram”.

Onun sözlərinə görə, Ukrayna öz tərəfdaşlarından bütün lazımi dəstəyi almasa da, Ukrayna Silahlı Qüvvələri Xarkov istiqamətində rusların irəliləyişini ləngidə bilib: "Bu, Rusiyanın hələ də problemlər yaşadığına işarə edir".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol