Menu

“Rusiyaya qarşı qələbə mümkün deyil...” - Bolqarıstan liderindən Ukraynanı qəzəbləndirəcək sözlər

21.05.2024, 14:28
“Rusiyaya qarşı qələbə mümkün deyil...” - Bolqarıstan liderindən Ukraynanı qəzəbləndirəcək sözlər

Ukraynada müharibə davam edərsə, ölkə demoqrafik cəhətdən dağıdılmış, infrastrukturu, sənayesi və istehsalı tamamilə məhv olmuş bir ölkəyə çevriləcək və bu, təkcə Ukrayna yox, bütün Avropa ölkələri üçün son dərəcə ciddi nəticələrə səbəb olacaq.

“AzPolitika” xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev jurnalistlərə müsahibəsində bildirib.

O, Ukraynanın Rusiya üzərində qələbəsini “mümkünsüz” adlandırıb:“Bu müharibənin davam etdiyi hər gün Ukrayna, Rusiya və bizim hamımız üçün fəlakətdir. Rusiyaya qarşı qələbə mümkün deyil. Bu vəziyyət istər-istəməz Avropada, ABŞ-də və dünyadakı bütün seçkilərə təsir edir. Növbəti seçkilərdə biz müharibə və sülh arasında seçim edəcəyik. Hər bir vətəndaş bunu başa düşməyə borcludur”.

Radev Avropa ölkələrini Ukraynaya silah vermək əvəzinə sülh üçün siyasi səylərini artırmağa çağırıb:“Biz həm silahlı, həm də silahsız oxşar nəticəyə doğru gedirik. Biz bunun fərqinə varmalıyıq. Minlərlə insan öləcək, ölkə (Ukrayna-red.) viran olacaq və bunun əvəzini biz ödəyəcəyik”.

“AzPolitika.info”

Şərhlər

Eldeniz 2024-05-21 15:15:35

Eslinde bu kisi duz deyir ...ABS 200 ilden coxdur ki oz erazsinde muharibe aparmir .isi gucu dunyanin ayri ayri olkelerinde " sizde demokratiya yoxdur deye " muharibler aparir xarabazara qoyur..Bu muharibede onlardan biridir ..Amma Rusiya fakt Ukraynanai isgal edir onu qorumaga soz verenler ise ancaq soz veribler ..Eger 2 ci dinya muharibesindeki kimi Ruzvelt , Corcil Staline Arxangelsk limanindan verdiyi kimi silahla temin etse o zaman Ukrayna oz toraqlarini rus isgalcilarindan alacaq ..eks halda netice goz onundedir ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol