Menu

Bu ölkə İrana başsağlığı vermədi – Ukraynaya görə...

22.05.2024, 16:51
Bu ölkə İrana başsağlığı vermədi – Ukraynaya görə...

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri və digər rəsmi şəxslərin həyatını itirdiyi məlum helikopter qəzasından sonra İranda 5 günlük milli matəm elan edilib. Dəhşətli faciənin ardından əksər dünya ölkələri İrana başsağlığı versə də, Litvanın xarici işlər naziri fərqli bir açıqlama ilə çıxış edib.

“AzPolitika” xəbər verir ki, bu barədə sosial media hesabından paylaşım edən Litvanın xarici işlər naziri Qabrielius Landsberqis İranın Rusiyaya pilotsuz uçuş aparatları göndərdiyini xatırladaraq başsağlığı verməkdə tərəddüd etdiyini bildirib.

“İranın Ukraynada mülki şəxslərə qarşı istifadə edilən bu pilotsuz uçuş aparatlarını Rusiyaya göndərdiyi bir vaxtda onlara başsağlığı verməkdə tərəddüd edirəm”, -deyə paylaşımda qeyd olunub.

“AzPolitika.info”


Şərhlər

ƏNHU 2024-05-22 18:56:41

Olduqca haqlı, bir o qədər də cəsarətli və kişiyana mövqedir.Adamın xoşagəlmək kimi problemi yoxdur. Heç kimi təkrar etmir və yüz ildən qalmış hansısa axmaqların qoyub getdiyi siyasi etiketlərə məhəl qoymur.

Mubariz 2024-05-22 18:15:40

Axır ki ,dünyada bir nəfər də olsa doğrunu deyib ,əli neçə Təbriz türkünün qanına bulaşan birisinin sonu belə də olmalıdır .Qatillərin heyif ki ,qiymətini öləndən sonra veririk ,o molla sifət çoxdan o dünyalıq olmalıydı

Molla Nəsrəddin 2024-05-22 17:55:26

Ukrayna özü necə, başsağlığı veribmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol