Menu

BU, MƏHKƏMƏNİN ÖZ SONUNU GƏTİRƏ BİLƏR...

25.05.2024, 13:23
BU, MƏHKƏMƏNİN ÖZ SONUNU GƏTİRƏ BİLƏR...

Tahirə Allahyarova, 

professor, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü

Avropa İnsan Hüquqları Məhkəməsinin(AİHM) “iqlim haqları”ilə bağlı, zəlzələ effektli presedent qərarına beynəlxalq reaksiya

  • Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) İsveçrənin iqlim siyasəti ilə bağlı ictimai birliyin şikayətini təmin edib,tarixində ilk dəfə iqlimi insan haqlarına daxil edib..

2024-cü il aprelində Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) verilən ilk və yeganə tarixi qərarla Ümumdünya İnsan Hüquqları tarixində yeni era başlayıb. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tarixində ilk dəfə olaraq iqlim dəyişikliyi ilə mübarizədə dövlətin fəaliyyətsizliyi ilə bağlı iş üzrə qərar çıxarıb.16 hakim lehinə və 1 hakim əleyhinə olmaqla AİHM İsveçrənin iqlim siyasəti sahəsində fəaliyyətsizliyinə görə (climate inaction) insan hüquqlarını pozması ilə bağlı hökm verilib.

Strasburqdakı məhkəmə bildirib ki, AİHM Konvensiyasının 8-ci maddəsi “iqlim dəyişikliyinin həyat, sağlamlıq, rifah və həyat keyfiyyətinə ciddi mənfi təsirlərindən” dövlət tərəfindən effektiv müdafiə hüququnu əks edir. “Ahıl-Pensiyaçı Qadınlar İqlim Uğrunda”İctimai Birliyinin öz ölkələrində ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına məruz qalıb. AİHM- İsveçrənin adekvat “iqlim sahəsində fəaliyyətsizliyi” (“climate inaction”) əsas gətirməklə-şikayətçilərin yaşamaq hüququnu Avropa İnsan Hüquqları Konvensiyasının(AİHK) 2-ci maddəsini və şəxsi və ailə həyatına hörmətlə bağlı ümumi hüququ (AİHK-nın 8-ci maddəsi, eyni zamanda əqli və fiziki toxunulmazlığı qoruyan) pozulmasını təsdiqləyib.Qərarda o da qeyd edilib ki, rəsmi “Sürix təqaüdçülərinin lazımi prosedur hüquqlarını pozub,İsveçrə hüquq sistemi iddiaçılara ədalət mühakiməsinə kifayət qədər çıxışını təmin etməyib. İsveçrənin iqlim dəyişikliyinə reaksiya sahəsində adekvat hüquqi bazanı həyata keçirməsi prosesində bir sıra “kritik boşluqlar” mövcuddur.”

Paradoksal olan ilk məqam həm də bu faktdir ki, AİHM eyni gündə iqlim və insan haqları ilə bağlı 3 qərar elan edib. Pensiyaçı qadınlardan fərqli olaraq, 2 digər işi rədd edib.

  • “İqlim Naminə Pensiyaçı/Ahıl Qadınlar” İB-nin 8 illik davası nə üstə olub?

İsveçrəli “Pensiyaçı qadınlar iqlim uğrunda” İctimai Birliyinin (Klima Seniorinnen) üzvləri- orta yaşı 73 olan 2500 isveçrəli qadın üzvü var. Birlik öz ölkəsinə qarşı yaşamaq hüquqlarını pozan iqlim siyasəti yürütməkdə ittiham edən iddianı hələ 2008-ci ildən qaldırıb. Qadınlar yaşları ilə əlaqədar istiyə dözmədiklərini, habelə, iqlim dəyişikliyi ilə bağlı hər il isti günlərin sayı artdığı üçün evdən çıxa bilməyərək xəstəliklərdən əziyyət çəkdiklərinə görə dövlətin məsuliyyət daşıdığını sübut etməyə çalışıb.

Yerli məhkəmələr iddianı- populist xarakter daşıdığını, hüquqlarının məhkəmə işi başlayacaq dərəcədə pozulmadığını əsas gətirərək rədd edib. Uduzan pensiyaçı qadınlar 2020-ci ildə işi “”AİHM-nə daşıyıb.( “Pensiyaçı qadınlar iqlim uğrunda İsveçrəyə qarşı”(“KlimaSeniorinnen vs Switzerland”). “İqlim Pensiyaçıları” öz iddialarını əsaslandırmaq üçün: cinslərinə və yaşlarına görə (əksəriyyəti 70 yaşdan yuxarı) getdikcə artan qlobal iqlim dəyişikliyi səbəbindən baş verən, həddən artıq isti hava şəraitində xüsusilə çətin anlar yaşadıqlarına görə məsuliyyətin istixana qazlarını, tullantıları kəskin azaltmaq öhdəliyini yerinə yetirməyən İsveçrə hakimiyyətinin üzərinə düşməsini sübut etmək üçün anormal yay istilərində onların yaş qruplarında ölüm nisbətinin artdığını “isbatlayan elmi məlumatlar” təqdim edib.

  • İnsan hüquqları sahəsində tam bir xaos yaradacaq presedent qərara Avropa ölkələrinin reaksiyalar: İsveçrə və Böyük Britaniyada AİHM-dən və Avropa Şurasında çıxmağa çağırışlar başlayıb

Strasburqda qəbul edilən qərara reaksiyalar gözlənilməz və görünməmiş miqyas alıb. Burada: 1. konkret dövlətlərin, 2.beynəlxalq insan haqları təşkilatlarının, 3.qlobal ekoloji qurumların, 4.iqlimə dair transmilli təsisatların, nəhayət, 5. Müstəqil hüquqşünasların,akademik ekspertlərin rəyləri maraq doğurur.

Strasburq məhkəməsində qəbul edilən tarixi presedent hökmə suveren dövlətlərin reaksiyası daha önəmlidir desək-yanılmarıq.

İsveçrə. İlk reaksiya təbii olaraq, İsveçrədən-ölkənin ən böyük siyasi qüvvəsindən- İsveçrə Xalq Partiyasından gəlib. Partiya AİHM-in ölkəni “iqlim dəyişikliyi ilə mübarizə üçün adekvat tədbirlər görməməkdə” ittiham edən qərarını“qalmaqal” adlandırıb. Avropa məhkəmələrində reallıqdan inkar mövqeyinin açıq şəkildə üstünlük təşkil etməsi, Strasburq hakimlərinin İsveçrənin karbon (CO2) emissiyalarının azaldılması yönündə nümunəvi təcrübəsini görməzdən gəldiyini” bəyan edilib. Partiya AİHM-in qərarını- suveren ölkənin daxili işlərinə xarici hakimlərin müdaxiləsi adlandırıb və İsveçrəni Avropa Şurasından çıxmağa çağırıb.

AİHM-nin İsveçrəyə təyin edilmiş cəzanın və 80.000 avro təzminatın 3 ay ərzində ödənilməsi ilə bağlı qrarı xüsusilə hiddətlə qarşılanıb. Belə ki, yerli hüquşünaslar bu qərarın araşdırılmasının hələ uzun müddət çəkəcəyini bildirib.

Böyük Britaniyanın münasibəti daha sərt olub. Belə ki, ölkədə sön dövrdə “Britaniyanın milli təhlükəsizliyi yoxsa insan haqları?” sualı cəmiyyətdə ən qızğın müzakirə edilən mövzudur.“İqlim işi”((climate case) bu müzakirələrə görünməmiş böyük təkan verib. AİHM qərarından həmən sonra İngiltərə parlamenti baş nazir Rişi Sunakın iştirakı ilə “Avropa İnsan Haqları Konvensiyası-qalmalı yoxsa getməli”-mövzusu ətrafında debatlara başlayır. Parlamentdə Mühafizəkarlar partiyası Britaniyanın AİHM -dn çıxmasını birmənalı tələb edir. Böyük Britaniyanın Daxili işlər naziri Suella Braverman - Rishi Sunakın iqlim/yaşıl siyasətlə bağlı mövqeyini bu cür ifadə edib: “Biz planeti xilas etmək üçün Britaniya xalqını müflis edəsi deyilik!”

Beynəlxalq insan haqları təşkilatlarının, qlobal ekoloji qurumların və iqlimə dair transmilli təsisatların münasibəti, məntiqi olaraq- müsbət olub. Onlar bu presedent qərardan sonra ölkələrin iqlim siyasətinə daha məsuliyyətli yanaşacaqlarını, 2030-cu ilə qədər real addımlar atılacağına əminliyi bildiriblər. Sağlam iqlim hüququnun ilk dəfə insan haqları sırasına daxil edilməsini nəinki alqışlayıblar.Hətta, 40-dan çox yerli insan hüquqları institutunu özündə birləşdirən “Milli İnsan Hüquqları Təşkilatlarının Avropa Şəbəkəsi”(European Network of National Human Rights Institutions;ENHRİ) öz açıqlamasında bildirib ki, məhkəmə gedişində iqlim işi ilə bağlı rəy- komentariya verib. Komentariyada “1.Şəxsi və ailə həyatına hörmət hüququnun pozulması (Konvensiyanın 8-ci maddəsi) ;2.Məhkəməyə müraciət etmək hüququnun pozulması (Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) və 3. Fərdlərin və birliklərin mövqelərinin aydınlaşdırılması” yönündə AİHM-ə kömək edib.

  • “Demokratıya yoxsa Yurıstokratıya? ekspert rəylərinə görə, “AİHM -in bu qərarı onun özünün sonun gətirə bilər”-

Hüquqşünasların böyük əksəriyyət “qərarın həddən artıq siyasiləşdirildiyini, iqlimin-insan hüquqlarına dəxli olmadığını” hüquqi arqumentlərlə izah edib. Mediada AİHM-in qərarı cəfəngiyyat,demokratiyay böyük zərbə kimi qiymətləndirilib.

Məşhur “Time” nəşri “AİHM hakimlərinin diktəsi” adlı açıq məktub dərc edib.Qurumu qərarları siyasiləşdirməkdə, avtoritarlıqda ittiham edib.

Hüquq sahəsində dünyaca məşhur, qərargahı Londonda, bir sıra ölkələrdə filiallarıı yerləşən beyin mərkəzi “Legatum Institute Think Tank”-in, Parlament məsələləri və qanunvericilik üzrə direktoru Fred de Fossard aprelin 10-da “İqlim dəyişikliyi insan hüquqları qanununa aid məsələ deyil”-adlı yazıda “ iqlim işi qərarını” təfərrüatlı şəkildə hüquqi ekspertiza aspektində arqumentlərlə təhlil edib. Sitat: “Straeburq məhkəməsinin qərarı demokratiyaya birbaşa hücumdir.Biz uzun illərdir ki, Britaniyanın AİHM-nə üzvlüyünün milli təhlükəsizliyimizi təhdid olmasını müzakirə edirik. Bu son qərar isə o deməkdir ki, o indən belə həm də bizim rifahımızı və demokratiyamızı təhdid edəcək.Məhkəmə indiyə qədərki hüquq müstəvisini-siyasət və iqtisadiyyat müstəvilərinə qədər genişləndirmək iddiasını ortaya qoyub.”

Hüquq ekspertlərinin AİHM qalmaqallı qərarını təhlil edərkən habelə bir neçə ciddi leqal pozuntuya da yol verildiyini bildirib.

1.İqlim dəyişikliyi məsələlərini demokratik yolla seçilmiş milli hökumətlərə həvalə edilməlidir,məhkəmə bu məsələyə müdaxilə edib;

2. Məhkəməni qlobal problem sayılan iqlim dəyişikliyi ilə bağlı məsələni milli hökumətlərin-konkret olaraq İsveçrənin-öhdəsinə buraxılmasını təklif etmək əslində geriyə addım olub. Çünki AİHM- əslində bu işə qlobal kontekst, beynəlxalq müqavilələr və elmi sübutlar işığında baxmalıdır. Reallıqda hüquqi kolliziya vəziyəti yaradılıb.

  • AİHM-nin “İsveçrənin İqlim fəaliyyətsizliyi”(climate inaction) ilə bağlı tarixi qərarının: məhkəmənin özü, dünya və Azərbaycan üçün mümkün nəticələri

Müsbət nəticələrlə bağlı onu demək olar ki, insan hüquqları ilə məhkəmənin iqlim dəyişikliyi ilə bağlı ilk dəfə qərar qəbul etdiyi qərar, ekoloji problemlər və fundamental insan hüquqlarının kritik kəsişməsini ortaya qoyur. Qərarla qlobal iqlim böhranı məsələsinə dair məhkəmənin ilk dəfə hüquqi presedent yaratması tarixi olsa da, hələlik sensasiya xarakterli olub qlobal diqqət cəlb etməkdədir.

AİHM-in qərarı unikal olmaqla yanaşı, qlobal qanunvericilik sahəsində onun necə həyata keçiriləcəyi davam edən prosesdir, yaxın illərdə bütün dünya bu prosesi izləyəcək.AİHM-in prezidenti Siofra O'Liari,İsveçrənin "Paris İqlim Sazişinin tələb etdiyi kimi iqlim dəyişikliyi ilə mübarizə üçün kifayət qədər milli tədbirlər görməyib, İsveçrənin iqlim dəyişikliyinə reaksiya sahəsində adekvat hüquqi bazanı həyata keçirməsi prosesində bir sıra “kritik boşluqlar” mövcuddur”- hökmünü verməsi demək olar ki, bütün ölkələri diqqəti özlərinin iqlim siyasətinə yönəltmək məqsədini güdüb.

Qlobal ekoloji və iqlim təşkilatları şəbəkəsinin rəyinə görə, bu qərar bütün Avropa ölkələrinə şamil olunmaqla, onları təcili olaraq öz iqlim siyasətinin hədəflərinə yenidən baxmağa təkan verəcək. Bu insan haqlarının yeni nəsli aspektində gələcəyə ünvanlanıb. Məhkəmə qərarının ölkələri faydalı qazıntı sənayesini daha tez azaltmağa məcbur edə biləcəyi ehtimal edilir.

Söhbət sadəcə bir qrup yaşlı qadının İsveçrəni passiv iqlim siyasəti yürütməkdə ittiham etməsindən getmir. 9 aprel tarixində qərar çıxarılan hər 3 iqlim işi üzrə iddialarda, həmçinin, 3-cü tərəflərin: hökumətlər, hüquqşünaslar, iqlimşünaslar, QHT-lər və s.- qeyri-adi çoxlu sayda dəstəkçi iddiaları da daxil olub.

Qərara necə münasibət göstərilməsindən asılı olmayaraq, bu məhkəmə çəkişməsi artıq milli və qlobal miqyasda diqqəti iqlim dəyişikliyinin mənfi nəticələrinin ümumilikdə insan hüquqlarına yaratdığı real risklərə yönəldə bilər.

AİHM Konvensiyasının 8-ci maddəsində əvvəllər də ekoloji hüquqla bağlı komponent mövcud olub. Lakin regional reallıqlar(milli dövlətlər) onu məhdudlaşdırırdı. Hazırkı qərar lokal hüquq və iqlim mövzusuna- qlobal ölçünü əlavə edir. O, iqlimin qorunmasının qlobal bir hadisə olduğunu təsdiqləyib.

  • İlkin rəylərə əsasən Mənfi nəticələr- müsbətlərdən daha çoxdur.

Qərara özəlliklə suveren dövlətlərin verdiyi reaksiyalara əsasən onun məhkəmənin özü üçün ağır nəticələrə səbəb olacağını deməyə əsasa verir. İlk növbədə Avropa İttifaqının 32 ölkəsindəki qanunverici orqanlar və s. təşkilatların fəaliyyətində olduqca ciddi, sitat: “seysmik, zəlzələ effektli” nəticələrə ortaya çıxa bilər.

Qərarla bağlı beynəlxalq miqyasda tanınmış hüquqşünasların rəyi əksəriyyət neqativ məzmunludur.Belə ki, “AİHM-nin öz səlahiyyətlərini aşaraq milli suveren qaninvericilik məkanına müdaxilə etməsi-onun özünün sonunu gətirə bilər”-kimi qənaətlər üstünlük təşkil edir.

Artıq İsveçrə və Britaniyada hakimiyyətdə olan siyasi qüvvələrin Avropa Şurasından, AİHM-dən çıxmaqla bağlı sərt bəyanatları, mediada müzakirələrin bu vəziyyəti gərginləşdirməsi, Qərb siyasi sistemini cənginə alan populizm dalğasını daha da kəskinləşdirməkdədir.

AİHM-in 58-ci maddəsində deyilir ki, dövlətlər 6 ay əvvəl xəbərdarlıq etməklə Konvensiyanı “denonsasiya edə”- tərk edə bilərlər. Qalmaq və ya getmək qərarı bir tərəfdən demokratiya (yaxud milli suverenlik) və digər tərəfdən beynəlxalq hüquq müqaviləsində iştirak arasında seçim deyil, dövlətin suveren hüququdur.

Hazırda “getmək yoxsa qalmaq, AİHM bizim üçün nə edib,onu nə ilə əvəzləyə bilərik?” Və s.kimi suallar Avropa siyasi gündəmini zəbt etməkdədir.

Tarixdə ilk dəfə iqlim dəyişikliyi ilə bağlı məhkəmə çəkişmələrinin insan hüquqları sahəsinə gətirib, yeni nəsil insan haqları yaranmasına təkan veriir. Bir ölkənin iqlim dəyişikliyi ilə bağlı fəaliyyətinin göstəricisi kimi- vətəndaşların insan hüquqlarının pozulması kimi mürəkkəb meyar ortaya qoyulub. İsveçrənin iqlim böhranı ilə lazımi dərəcədə mübarizə aparmaması-burada insan hüquqlarını pozulmasına səbəb olub-kimi nəticəyə gəlməklə- məhkəmənin düzgün yoxsa yanlış perspektivlər açması ilə bağlı müzakirələr tam gücü ilə davam edir.

İndi bütün Avropa ölkələrində məhkəmələrin bu presedentə əməl etməli olacağı birmənalı deyil. Məhkəmənin İsveçrə hakimiyyətini 3 ay müddətində “İqlim Uğrunda Pensiyaçı(Ahıl) Qadınlara” 80 min avro təzminat ödəməyi məcburi hesab etməsi də mübahisəlidir. Çünki, İctimai Bilrik dəymiş ziyana görə heç bir təzminat iddiası irəli sürməyib.

İsveçrə hökumətinin-iddianın populist xarakter daşıdığına görə onu qəbuledilməz hesab etməsinə baxmayaraq,Strasburqda verilən qərar bütün dünyada gələcək məhkəmə proseslərinə təsir göstərə bilər. Hətta bu istiqamətdə ekoaktivistlərin və s. sosial hərəkatların öz dövlətlərinə və başqa ölkələrə qarşı qaldırdığı iddiaları tam bir axın-sel şəklini ala, məhkəmələr bu axın qarşısında aciz qala bilər. Sözü gedən məhkəmə işinin 8 il çəkməsi buna misal göstərilir.

Daha dəqiq deyilsə,bu o deməkdir ki, ətraf mühitin mühafizəsi ilə məşğul olan QHT-lər gələcəkdə öz üzvlərinin maraqlarını qorumaq üçün oxşar işlərlə bağlı kütləvi şəkildə müraciət edə biləcəklər ki, bu da insan haqları sahəsində fərdi işlərə baxılmasını son dərəcə çətinləşdirə bilər.

Məhkəmənin qərarı, hüquq elmi sahəsində, nisbətən bu yeni hüquqi arealda açıq qalan suallara aydınlıq gətirmək üçün (iqlim və insan hüquqları problemləri arasında səbəb-nəticə əlaqələrinin xarakterini aydınlaşdırmaq, həmçinin “məqbul risk” dərəcəsini, iqlim məsələləri üzrə ərazi yurisdiksiyası məsələsinin həlli, təzminat məbləğini və s. müəyyən etməklə) gələcək tədqiqatlara, məhkəmə çəkişmələrinə təsir göstərə bilər.

Burada isə Strasburq Məhkəməsinin proqnoz/ssenari olaraq 2 variantdan birini seçərək gələcək ənənəni müəyyən edə bilər: 1.ya milli məhkəmə proseslərinə və hüquq-mühafizə orqanlarına təsir edə biləcək qərarları təxirə sala bilər; 2.ya da iqlimi insanın fundamental yaşam hüququ ilə eyniləşdirə bilər.

Qərarı AİHM-nin verməsinə onun reallaşması yenə də konkret suveren ölkənin-- İsveçrənin ixtiyarındadır.Mütəxəssislərin fikrinə görə, İsveçrə"iqlim fəaliyyətsizliiyi" (climate inaction) ilə bağlı cəzalandırılsa da, bu yanaşma beynəlxalq qurumların bu ölənin iqlim siyasəti ilə bağlı hesabat və reytinqlərində dəyərləndirmələrinə ziddir. Məhkəmənin “məsuliyyəti əsasən istixana qazlarının tullantılarını kəskin azaltmaq üzrə öhdəliklərini yerinə yetirə bilməyən İsveçrə hakimiyyətinin üzərinə” qoyması mübahisəlidir.

Strasburqda verələn qərarın birbaşa demokratiyaya hücum olması ilə bağlı nüfuzlu hüquqşünas ekspertlərin rəyi də düşündürücü olmaqla yanaşı,bədbin proqnozları daha da möhkəmləndirir. Hüquq ekspertləri hesab edir ki, AİHM -İsveçrədə Referendumda keçməyən iddianı təsdiqləməklə - İsveçrə xalqının iradəsini rədd edib və burada demokratiyanın əlifbası pozulub.Xalqların seçdiyi hökümətlərin, siyasilərin verə biləcəyi qərarları hüquqşünasların verməsi-absurddur.

Məhkəmə 16 lehinə,1 əleyhinə səs verərək qanuna “canlı alət” kimi yanaşmanı ifrat həddə çatdırıb. 1950-ci illərdə yaradılan insan hüquqları anlayışının sonsuz miqyasadək genişləndirilməsi kimi “məhkəmə fəallığı”məqsəd sayıla bilməz. Sitat: “1950-ci ildə heç kimin ağlına belə gələ bilməzdi ki, isti iqlimdə yaşamaq insan hüquqlarının pozulmasıdır. Lakin Strasburqdakı hakimlər bunun belə olduğuna qərar veriblər. Belə davam edərsə, yalnız ekofəalların əl-qolu açıla bilər, bu qərar tutulan hər bir vergini, tikilən hər fabriki və ya hər yeni avtomobili insan hüquqları qanununun predmetinə çevirə bilər. AİHM aprelin 9-da indiyə qədərki bəlkə də ən böyük səhvini edib.AİHM-əgər bundan sonra mövcud olacaqsa, ancaq cinayət və təqiblərlə məşğul olmalıdır.”

Azərbaycan -AİHM-də verilən qərəzli qərarlarla üzləşən ölkələrdəndir. Bu baxımdan, AİHM-nin verdiyi hökmləri “Quran kəlamı” hesab edən zehniyyət üçün baş verənlər maraqlı nəticələr vəd edir. Hazırda Avropa,Qərb mediasında ən çox səslənən, son presedent qərarının “demokratiyaya, suveren dövlətlərin daxili işlərinə müdaxilə və səlahiyyətlərin aşması, xalqın iradəsi ilə seçilən hakimiyyətin verdiyi qərarların AİHM tərəfindən iqnor edilməsi”-kimi müddəalar diqqət mərkəzində saxlanmalıdır.Ölkəmizə qarşı ən qərəzli qurum olan AİHM-ə, onu “etalon,ideal”qurum hesab edən, ümumilikdə,insan haqlarını mücərrəd ritorikaya çevirən 5-ci kalona bu postulatlar irad kimi bildirilməlidir.

Avropanın aparıcı ölkələrinin AİHM-i tərk etməsi, “insan haqları yoxsa milli təhlükəsizlik, iqlim siyasəti-xalqın rifahına qarşı olmamalıdır”-kimi qənaətləri 5-ci kalonun savadsızlıq göstəricisi kimi izah edilməlidir.

Beynəlxalq nüfuzlu hüquqşünasların “Strasburqda hüquqi deyil, artıq siyasi qərarların qəbul edilməsi”ilə bağlı qənaətləri qərəzli qərarlara qarşı arqument kimi istifadə edilə bilər.

Son olaraq qeyd edək ki, qlobal ekoloji problemlər, iqlim dəyişmələri ilə bağlı baş verən presedentlər, xüsusilə COP29 tədbirinə ev sahibliyi edən Azərbaycanda diqqət mərkəzində olmalıdır. Yerli mediada hələlik bu tarixi presedentlə bağlı hər hansı bir açıqlama, yaxud ekspert rəyinə rast gəlinmir.

Məlum olduğu kimi,aprelin 12-də,Haaqada dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib.Torpaqlarımızın 30 illik qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş şəkildə dağıdılmasına dair mövcud olan külli miqdarda dəlillər əsasında ilk arbitraj prosesi başladılıb.Azərbaycan təbiəti, onun ekoloji mühiti, təbii resursları 30 ildən çox talana məruz qalması, torpaqlarımıza 1 milyondan çox mina basdırılması-başladılan proses və sözü gedən presedent qərar aspektində də şərh edilə, onun yaratdığı imkanların ekoloji və beynəlxalq hüquq sahəsində mütəxəssislərimiz tərəfindən öyrənilməsi və tətbiqi faydalı olar.

İşğal illərində qanunsuz talançılıq fəaliyyəti ilə məşğul olan, çayları zəhərləyən, vandalizmə bərabər daağ-mədən fəaliyyətini həyata keçirən Ermənistan real ziyanın təzminatını ödəmək əvəzinə saxta “etnik təmizləmə” narrativlərini durmadan tirajlayır. Bu fəaliyyətə qarşı ermənilərin ekosid siyasəti ilə bağlı tədbirlər dövlətimiz tərəfindən həyata keçirilməkdədir. Bununa bağlı faktların cəmiyyətə və beynəlxalq birliyə çatdırılması gündəmdə əsas yer tutmalıdır.

Azərbaycan -AİHM-də bəlkə də ən çox qərəzli qərarlarla üzləşən ölkələrdəndir. AİHM-nin son presedent qərarının “demokratiyaya, suveren dövlətlərin daxili işlərinə müdaxilə və səlahiyyətlərin aşması, xalqın iradəsi ilə seçilən hakimiyyətin verdiyi qərarların AİHM tərəfindən iqnor edilməsi”-kimi müddəalar diqqət mərkəzində saxlanmalıdır.Ölkəmizə qarşı ən qərəzli qurum olan AİHM-ə, onu “etalon,ideal”qurum hesab edən, ümumilikdə,insan haqlarını mücərrəd ritorikaya çevirən proksi-liberal zehniyyət, 5-ci kalon üçün bu postulatlar yanlış düşüncənin isbatı kimidir. Avropanın aparıcı ölkələrinin AİHM-i tərk etməsi, “insan haqları yoxsa milli təhlükəsizlik, iqlim siyasəti-xalqın rifahına qarşı olmamalıdır”-kimi qənaətləri bunu göstərir. Beynəlxalq nüfuzlu hüquqşünasların “Strasburqda hüquqi deyil, artıq siyasi qərarların qəbul edilməsi”ilə bağlı qənaətləri zaman-zaman bu qurumda qəbul edilən qərəzli qərarlara qarşı bağlı ölkəmizdə səslənən arqumentlərdən olub.

ƏLAVƏLƏR:

  • 1.Qərb mediasında hüquq ekspertlərin “ İqlim siyasəti-insan hüquqları deyil” yaxud “Bu qərar AİHM-nin sonunu gətirə bilər” və s.məzmunlu açıqlamaları xəbər başlıqlarıdır..
  • 2.“İqlim uğrunda ahıl qadınlar”İB

  • 3.İngiltərədə Mühafizəkarla Rişi Sunakdan AİHM-dən çıxmağı tələb edir..
  • 4.“Legatum”-Hüquqla bağlı qlobal beyin mərkəzi: “AİHM-qərarı-demokratiyaya birbaşa hücum,zərbədir..
  • 5.Legatum və məşhur TİME qəzeti: AİHM hakimləri diktə edir
  • 6.İsveçrə qərarı absurd adlandırır

Şərhlər

Mubariz 2024-05-25 14:04:29

Narahat olma « professor » ,biz AİHM -i heç saymırıq , onlar gəlib bizim hakimlərdən « ədaləti » necə qətl etdiklərini öyrənsinlər .Yazıq Azərbaycan ,gör nə günlərə qaldın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol