Menu

Erməni əsgərin meyiti Azərbaycanda aşkar edildi - Foto

05.12.2014, 12:50
Erməni əsgərin meyiti Azərbaycanda aşkar edildi - Foto

Artur Markaryan Ermənistanın işğal etdiyi Qarabağ ərazisində güllə yarası alıb

Dağlıq Qarabağda erməni əsgəri ölüb. ANS PRESS-in məlumatına görə, bu barədə news.am saytı yazıb.

Verilən məlumata görə, dekabrın 4-də saat 15:40-da 19 yaşlı erməni əsgər Artur Markaryan Ermənistanın işğal etdiyi Qarabağ ərazisində güllə yarası alıb.

Həkimlər onun həyatını xilas edə bilməyiblər. Araşdırmalar zamanı məlum olub ki, əsgər özünü güllələyib.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol