Menu

Fransanın Şri-Lankadakı səfiri Kolombodakı iqamətgahında ölü tapılıb

26.05.2024, 23:31
Fransanın Şri-Lankadakı səfiri Kolombodakı iqamətgahında ölü tapılıb

Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Jan-Fransua Pakte Kolombodakı iqamətgahında ölü tapılıb.

“Report” xəbər verir ki, bu barədə ada dövlətinin Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında bildirilib.

Xarici İşlər Nazirliyi Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Zati-aliləri Jan-Fransua Paktenin qəfil vəfatı ilə əlaqədar dərin kədər hissi keçirir. "Nazirlik bu kədərli vaxtda Fransanın Şri Lankadakı səfirliyi ilə sıx əməkdaşlıq edir. Dəfn mərasimi ilə bağlı müvafiq orqanlar tərəfindən məlumat veriləcək”, – XİN-in press-relizində diqqətə çatdırılıb.

Xarici siyasət idarəsi fransız diplomatın ölüm səbəbini açıqlamasa da, yerli “The Daily Mirror” qəzeti 53 yaşlı Paktenin infarktdan keçindiyini bildirib.

Şərhlər

dadaşyev 2024-05-27 00:14:37

Əlbət kredit borcu olub,bank da bizim banklar kimi yapışıb xirtdəyindən,anadan əmdiyi südü burnundan gətirib.Bu da dözəmməyib ki səfir də oldum,yenə yaxamı buraxmadılar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol