Rusiyanın Ryazan şəhərində Azərbaycan dilində elanlar dərc edilib. Bannerlərdə yerləşdirilən elanlarda Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa və Ukrayna ilə müharibəyə getməyə çağırışlar əks olunub.
“AzPolitika” “haqqın.az”-a istinadla xəbər verir ki, azərbaycanlılara ünvanlanan banerlərdə göstərilir ki, rus ordusu ilə müqavilə imzalanarkən dərhal 200 min rubl, həmçinin "xüsusi əməliyyat zonasında" ayda 204 min rubl maaş veriləcək.
Ukraynada gedən işğalçılıq müharibəsinin xarakterini, təcrübəsini və Rusiya ordusunun “iş prinsipləri”ni nəzərə alsaq, bu elanlar azərbaycanlıları ölümə dəvət etmək anlamı daşıyır.
“AzPolitika.info”



Şərhlər