Məlum olduğu kimi, mayın 26-da Ukraynaya məxsus pilotsuz uçan aparat Orenburq vilayətinin Orsk şəhərində yerləşən “Voronej M” radiolokasiya stansiyasına hücum edib.
"AzPolitika" xəbər verir ki, “Planet Labs” peyki Rusiyanın sərhəddən 1800 km aralıda yerləşən nüvə radiolokasiya stansiyasının pilotsuz təyyarənin hücumundan sonrakı görüntülərini çəkib. Mayın 27-ə aid olan görüntülərdə radar stansiyasının ərazisində əvvəllər orada olmayan qaranlıq ləkələrin yarandığı ortaya çıxıb. Bunun PUA zərbəsindən sonra baş verən yanğının izləri olduğu bildirilib.
Açıq mənbələrdə yer alan məlumata görə, "Voronej-M" stansiyası uzaqmənzilli ultra horizontal radarlarının bir hissəsidir. Onlar ballistik və qanadlı raketlər kimi kosmik və aerodinamik obyektləri aşkar etmək üçün nəzərdə tutulub. Bu radar 6 min km-ə qədər hədəf aşkarlama məsafəsinə malikdir.
"AzPolitika.info"


Şərhlər