Menu

Azərbaycanlı milyarder sanksiyalardan azad edildi - Məhkəmənin qərarı açıqlandı

29.05.2024, 17:16
Azərbaycanlı milyarder sanksiyalardan azad edildi - Məhkəmənin qərarı açıqlandı

Avropa İttifaqının Lüksemburqdakı Ədalət Məhkəməsi Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi ilə əlaqədar Aİ Şurasının milyarder Fərhad Əhmədova qarşı sanksiyalar tətbiq etmək qərarını ləğv edib.

Bundan əlavə, mayın 29-u məhkəmə Aİ Şurasının Əhmədova qarşı bu məhdudlaşdırıcı tədbirlərinin 2023-cü il martın 13-dək uzadılmasına dair qərarlarını da ləğv edib.

Bundan əvvəl Aİ jurnalında Əhmədovla bağlı məlumatda deyilirdi: “Fərhad Əhmədov rusiyalı iş adamıdır, onun fəaliyyəti enerji sektoru və Rusiyanın yerli siyasəti ilə bağlıdır. O, Rusiyanın qaz şirkətlərini avadanlıqlarla təchiz edən “Tansley Trading”-i təsis edib, Sibirin neft-qaz şirkəti “Nortgas”-da minoritar səhmdara çevrilib və “Bechtel Energy”-nin direktorlar şurasının sədri olub. O, Kremlə yaxındır və iqtisadiyyatın Rusiya Federasiyası hökumətinə əhəmiyyətli gəlir təmin edən sektorlarında iştirak edən aparıcı iş adamıdır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol