Bu saatlarda keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən üçün Tavuş” hərəkatı hökumətin iclasına paralel olaraq Respublika meydanında etiraz aksiyası keçirir.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Baş nazirin istefasını tələb edən aksiya iştirakçıları hər tərəfdən maşınlarla meydana daxil olublar.
Hökumət binası bir neçə cərgəli polis kordonu ilə qorunur. Polis mütəmadi olaraq aksiya iştirakçılarını saxlayır.
Güc strukturlarının yolu açmaq çağırışına baxmayaraq, Baqrat Qalstanyan burada qalacaqlarını və tələblərini hökumətə çatdıracaqlarını açıqlayıb.
O, hökumət binasını “həbsxana” kimi xarakterizə edib.
“AzPolitika.info”


Şərhlər
Bir millət ki, XXI əsrin içində olub cahil, keçisaqqal bir keşişn quyruğundan yapışa ona müasir dünyanı anlatmaq, dinc-yanaşı yaşamağın şərtlərini başa salmaq mümkün olmayacaqdır? Təkamüldən yayınmış bu zəlil toplum ancaq dəmir bir toppuzun vahiməsi altında əhliləşə bilər.