Menu

“Onlar öldükdən sonra diriləcəklər” – Keşişdən absurd açıqlamalar

30.05.2024, 14:59
“Onlar öldükdən sonra diriləcəklər” – Keşişdən absurd açıqlamalar

Rusiya və Ukrayna arasında müharibə davam edərkən, Moskva administrasiyası və Rusiya Prezidenti Vladimir Putinə yaxın adamlar müharibəyə könüllü olaraq əsgər toplamaq üçün hərəkətə keçiblər.

“AzPolitika” xəbər verir ki, həmin şəxslər tez-tez efirlərdə Rusiya-Ukrayna müharibəsinin “müqəddəs müharibə” olması kimi absurd açıqlamalar verirlər.

Rus Pravoslav Kilsəsinin baş keşişi Artemi Vladimirov da iştirak etdiyi canlı yayımda bu qəbildən açıqlamalar verən şəxslərdən biridir. Vladimirov bildirib ki, Rusiya uğrunda döyüşənlər guya öldükdən sonra diriləcəklər.

Rus din xadimi həmçinin iddia edib ki, İsa Məsih müharibədə həlak olmuş "qardaşlarını" ziyarət edir.

Qeyd edək ki, din xadiminin bu açıqlamaları sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadaçiləri din xadiminin bu cür yalanlarla insanları savaşa cəlb etməyə çalışdığını bildiriblər.

“AzPolitika.info”

Şərhlər

Eli 2024-05-30 19:31:26

Keşiş yewin bu sözkeri deyende kefli olub ki bu da rus kilselerinde nırmal qebul olunan bir şeydir.Sonra da yeqin Rahibe “bacılarla” terbiye meqsedi ile seksle meşğul olar ki bu da normal qebul olunur vessalam.İvan da ölür cehenneme ölsün ha çox İvan.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol