Şimali Koreya 600 mm-lik reaktiv yaylım atəşi sistemləri ilə atış təlimi keçirib.
Pxenyandan verilən açıqlamaya görə, ötən gün Şimali Koreyadan Yapon dənizi istiqamətində nə doğru atılan ən azı 10-dan artıq qısa mənzilli ballistik raket göndərilib. Şimali Koreyanın rəsmi mətbuatı C. Koreyaya qarşı keçirilən təlimin “güc nümayişi” olduğunu bildirilib. Bu təlimin Şimali Koreyanın özünümüdafiə üçün qabaqlayıcı tədbirlər əyata keçirməkdən çəkinməyəcəyini göstərmək məqsədi daşıdığı vurğulanıb. Təlim çərçivəsində atılan raketlərin daha əvvəl hədəf olaraq təyin olunan 365 kilometr uzaqlıqdakı adayı müvəffəqiyyətlə vurduğu qeyd olunub.
Təlimin müvəffəqiyyətindən məmnunluğunu ifadə edən ölkə lideri Kim Çen In bəyan edib ki, Şimali Koreya Silahlı Qüvvələrinin əsas vəzifəsi dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaqdır. O, təlimin düşmənlərinin mümkün müharibədə hansı nəticələrlə üzləşəcəyini sübut etdiyini deyib.
“AzPolitika.info”


Şərhlər