Menu

Qeysəriyyə yolu ilə ana olan qadının başına hava gəldi - VİDEO

31.05.2024, 22:03
Qeysəriyyə yolu ilə ana olan qadının başına hava gəldi - VİDEO

Paranoid şizofreniya xəstəsi olan qadının pensiyasının kəsildiyi iddia olunur.

Bu barədə xəstəlikdən əziyyət çəkən Könül Şeydayevanın anası Zeynəb Qulamova Baku TV-yə danışıb.

Onun sözlərinə görə, qızı 2015-ci ildə ikinci övladını qeysəriyyə yolu ilə dünyaya gətirib və əməliyyat zamanı sinirlərinə zərər verilib. Nəticədə, qızı şizofreniya xəstəsi olub: "İki azyaşlı oğlu var. Onlara baxa bilmir. İl boyu xəstəxanalarda müalicə alır, amma heç bir xeyri yoxdur. Qızıma görə evimi də satmışam".

Z.Qulamova qızının pensiyasının 2023-cü ilin sentyabr ayından kəsildiyini qeyd edib: "2023-cü ilin dekabr ayında müraciətimizə yenidən imtina gəldi. Qızımı ağır vəziyyətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə apardım. Dedilər ki, narahat olmayın, qızınızın pensiyası bərpa olunacaq".

Xəstənin anası bildirib ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etsə də, həlli üçün heç bir tədbir görülməyib.

Ətraflı süjetdə:

Şərhlər

Adam 2024-05-31 22:56:07

Əgər qadın həqiqətən, həyatda özünü bu videodakı kimi aparırsa, o evdə deyil, ruhi dispanserdə olmalıdır. Onu evdə saxlamaq olmaz. Anası işə gedəndə necə qalır o?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol