Menu

İranda prezident seçkilərinə start verilib - Rəisinin yerinə namizəd olanlardan ikisinin adı bəllidir

01.06.2024, 11:00
İranda prezident seçkilərinə start verilib - Rəisinin yerinə namizəd olanlardan ikisinin adı bəllidir

İran lideri İbrahim Rəisinin helikopter qəzasında həlak olmasının ardından ölkədə prezident seçkiləri ilə bağlı prosesə start verilib.

"AzPolitika" xəbər verir ki, iyunun 28-də keçiriləcək seçkilərlə bağlı artıq namizədlərin müraciət prosesi başlayıb. Məlumata görə, namizədlərin qeydiyyat prosesi 5 gün, namizədliyin yoxlanılması 7 gün, təbliğat-təşviqat kampaniyası isə 14 gün davam edəcək.

Bu barədə açıqlama verən İran Daxili işlər naziri Əhməd Vahidi seçkilərin tam təhlükəsizlik şəraitdə, yüksək rəqabət və geniş iştirakla keçiriləcəyinə ümid etdiklərini bildirib. Qeyd olunur ki, artıq namizədlərin bir neçəsinin adı məlumdur. Onlardan biri İran parlamentinin keçmiş sədri Əli Laricanidir. İranda namizədliyini elan edən önəmli simalardan digəri isə keçmiş nüvə müzakirəçisi Səid Cəlilidir.

Qeyd edək ki, İran Konstitusiyasına görə, hazırkı prezident vəfat edərsə, yeni prezident ən çox 50 gün ərzində seçilməlidir. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol