ABŞ administrasiyası İranın pilotsuz uçuş aparatı (PUA) proqramı üçün ehtiyat hissələri təmin edən "Rayan Roshd Afzar" şirkətinə bağlı 4 təşkilatı və İran Aviasiya Sənayesi Təşkilatının icraçısını sanksiya siyahısına daxil edib.
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən məlumat verilib.
Maliyyə Nazirliyinin Terror və Maliyyə Kəşfiyyatı üzrə müavini Brayan Nelson məsələni dəyərləndirərkən, sanksiya qərarının ABŞ-nin İranın PUA istehsalının qarşısını almaq əzmini dəstəklədiyini və bu PUA-ların Rusiya tərəfindən Ukraynaya qarşı, regional terrorçular tərəfindən də istifadə edildiyini bildirib.
Digər tərəfdən, Avropa İttifaqı (Aİ) İrandan Rusiyaya PUA-ların təhvil verilməsinə, Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qrup və birləşmələrə raket və ya PUA - ların tədarükünə cavabdeh olan şəxslərə və təşkilatlara qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlib.
"AzPolitika.info"


Şərhlər