Ukrayna Rusiya ilə davam edən müharibədə əsgər çatışmazlığını aradan qaldırmaq üçün məhbusları orduya cəlb etməyə başlayıb.
Ukrayna Ədliyyə Nazirliyindən verilən məlumata görə, indiyədək 4 min 564 məhbus ordu sıralarına qoşulmaq üçün müraciət edib. Qeyd olunur ki, müraciət edən məhbuslar sağlamlıq müayinəsindən keçməli, onların ərizələri məhkəmə tərəfindən təsdiqlənməlidir.
Ukraynanın ədliyyə naziri Denis Maliuska bildirib ki, proqram çərçivəsində 10 - 20 min arası məhbusun orduya qatılacağı gözlənilir. Məlumata görə, müharibədə iştirak edən məhbusların qalan cəzaları bağışlanacağı halda, onlar savaş bitənə qədər ordunu tərk edə bilməyəcəklər.
Bildirilir ki, orduya qatılmaqla bağlı müəyyən məhdudiyyətlər də var. Belə ki, Ukraynada iki və ya daha çox adamı öldürmə, sərxoş vəziyyətdə avtomobil idarə edərək adam öldürmə, seksual xarakterli cinayətlər, dövlətə xəyanət və korrupsiya kimi cinayətlərdə təqsirli bilinən məhbusların orduda iştirakı qadağandır.
"AzPolitika.info"


Şərhlər