Menu

İsrail vətəndaşlarının Maldivə girişi qadağan edilib

02.06.2024, 19:57
İsrail vətəndaşlarının Maldivə girişi qadağan edilib

Maldiv adalarının prezidenti Məhəmməd Muizzu Nazirlər Kabinetinin tövsiyəsindən sonra İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.

“Kabinetin qərarına İsrail pasportu sahiblərinin Maldiv adalarına girişini qadağan edən zəruri qanunlara dəyişiklik edilməsi, habelə hökumət daxilində bu hərəkətlərə nəzarət edən komitənin yaradılması daxildir”, - deyə məlumatda bildirilib.

Maldiv adaları prezidenti həmçinin fələstinlilərin ehtiyaclarını qiymətləndirmək və onlara yardım üçün vəsait toplama kampaniyası təşkil etmək məqsədilə xüsusi nümayəndə təyin edib.

Bundan əlavə, ölkədə “Maldivlilər Fələstinlə həmrəydir” şüarı altında ümummilli mitinq keçirilməsi planlaşdırılır.

Şərhlər

İsmayıl 2024-06-02 22:04:51

Allah cc o dovlətə bərəkət, onun rəhbərinə guc - quvvə versin.amin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol