Menu

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb - 2 pilot həlak olub

04.06.2024, 12:07
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb - 2 pilot həlak olub

Türkiyənin Kayseri vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.

"Report" bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, təyyarədə olan iki pilot şəhid olub. Əraziyə axtarış-xilasetmə və yanğınsöndürmə briqadaları cəlb edilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol