Bu gün səhər tezdən Rusiyanın Ukraynanın Dnepr bölgəsinə raket zərbəsi nəticəsində uşaqlar da daxil olmaqla ən azı 7 nəfər yaralanıb.
Regional hərbi administrasiyanın rəhbəri Sergey Lısak bildirib ki, Rusiya hərbçiləri tərəfindən atılan iki raket vurulub, lakin onun qalıqları mülki infrastruktura ziyan vurub və yanğına səbəb olub.
“İki yaralı xəstəxanaya çatdırılıb, partlayışlar və dağıntılar nəticəsində onlarla avtomobilə ziyan dəyib. Şəxsi və hündürmərtəbəli binaların, eləcə də xəstəxananın şüşələri sınıb” – deyə, o, yazıb.
Çərşənbə axşamı səhər tezdən yerli teleqram kanalları Dneprdə bir neçə partlayışın baş verdiyini bildiriblər. Ukrayna Hərbi Hava Qüvvələri ballistik raket hücumu təhlükəsi barədə xəbərdarlıq edib.
Qeyd olunur ki, Rusiya hərbçiləri ilhaq edilmiş Krım ərazisindən iki “İskəndər-K” raketi ilə Dnepropetrovsk vilayətinə hücum edib. Ukrayna ordusunun məlumatına görə, hər iki raket vurulub.
“AzPolitika.info”


Şərhlər