Menu

"Gürcüstanda inqilab təşkil etməyin qeyri-mümkün olduğunu hər kəs gördü" - Kobaxidze

04.06.2024, 14:21
"Gürcüstanda inqilab təşkil etməyin qeyri-mümkün olduğunu hər kəs gördü" - Kobaxidze

Gürcüstanda inqilab təşkil etməyin qeyri-mümkün olduğunu hər kəs gördü.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Ətraflı Ads by 4 Reklamınızı SmartBee ilə effektiv edin. Hökumət başçısı Gürcüstanın stabil qalacağını, ölkədə sülhün qorunub saxlanılacağını vurğulayıb.

O, bir çoxlarının Gürcüstanda sülhün pozulmasına çalışdığını, lakin hökumətin buna imkan verməyəcəyini əlavə edib.

İrakli Kobaxidze sanksiyalarla bağlı bəyanatları isə qeyri-ciddi və qeyri-məhsuldar adlandırıb: “Sanksiyalarla bağlı söhbətlər bizim üçün qeyri-ciddidir. Bununla bağlı kim bəyanat verirsə, qeyri-ciddidir və bu, qeyri-məhsuldardır”.

Baş nazir “xarici təsir” qanununun qəbul edilməsinə görə deputatlara sanksiyaların tətbiq edilməsi ilə bağlı bildiriş emaillərinin göndərilməsini yalan adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol