Azərbaycan gələcək nəsillər üçün ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal əməkdaşlığa sadiqdir.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Ümumdünya Ətraf Mühit Günündə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilatçısı kimi nümunəvi olmaq niyyətindədir. Planetimizin gözəlliyinə dəyər verərək, biz iqlim dəyişikliyi ilə mübarizədə və gələcək nəsillər üçün ətraf mühitin qorunmasında qlobal əməkdaşlığa sadiqliyimizi bir daha təsdiqləyirik”, - paylaşımda qeyd edilib.


Şərhlər
Hər iş bitmişdi bir saqqal darağı qalmışdı.Dünya ölkələri içərisində əhali və əraziyə görə Azəbaycan neçəncidir? Bu məsələdə Azərbaycanın rolu nə qədər ola blər və nə edə bilər ki,.xalqın başını qatırsınız?