Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində dünyanın aparıcı xəbər agentliklərinin rəhbərlərini qəbul edən Rusiya Prezidenti Vladimir Putin çıxışında Rusiya-Türkiyə ortaq layihələri və kommersiya əməkdaşlığına toxunaraq, inkişaf edən əlaqələrdən danışıb.
Türkiyə - Ukrayna münasibətlərindən də bəhs edən Putin, Kiyevin Rusiyadan Türkiyəyə qaz nəql olunan boru kəmərlərini hədəf almasından şikayətlənib
“Diqqətinizi çəkmək istədiyim bir məsələ var. Türkiyə bəzi sahələrdə Ukrayna ilə əməkdaşlıq etdiyi halda, Ukrayna Türkiyəyə gedən boru kəmərlərinə zərbə vurmağa çalışır. Bu heç bir zarafat və ya şişirtmə deyil. İki pilotsuz uçuş aparatı Rusiya ordusunun elektron döyüş sistemləri tərəfindən vurulub, Qara dəniz sahilindəki nasos stansiyasının yanında qəzaya uğramışdı. Xahiş edirəm, dostumuz Prezident Ərdoğana bu məsələ ilə bağlı doğruları çatdırın. Qara dənizin dibi ilə salınan bu qaz nəqli sistemini qoruyan gəmilər isə daim bu pilotsuz katerlərin hücumu altındadır”, - Putin bildirib.
“AzPolitika.info”


Şərhlər