Menu

Baş Prokurorluqda yeni təyinatlar

06.06.2024, 20:16
Baş Prokurorluqda yeni təyinatlar

Baş Prokurorluqda yeni təyinatlar olub. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Ədilə Əfəndiyeva, Nigar Hüseynquliyeva və Gültac İsgəndərli Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları təyin olunublar.

Məlumat üçün bildirək ki, bu təyinata qədər Ədilə Əfəndiyeva Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru, Nigar Hüseynquliyeva Şirvan şəhər prokurorunun köməkçisi, Gültac İsgəndərli isə Balakən Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsində çalışıb.

Şərhlər

Watchman 2024-06-06 18:04:32

Vəssalam! Kişilərin işi qaldı Allaha...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol